Sağlamlıq 21:24 13.01.2021

Türkiyədə Çin vaksininin tətbiqinə icazə verildi

Türkiyədə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Çindən gətirilən peyvənd 14 gün laborator şəraitdə incələnib və kifayət qədər etibarlıdır.

F.Koca bildirib ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.