Dünya 22:38 02.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 356 nəfər olub.

Qaynarinfo xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus haqqında gündəlik məlumat verən https://covid19.saglik.gov.tr/ saytına istinadla paylaşdığı məlumatlarında bu barədə bildirilib.

Nazir qeyd edib ki, bu gün daha 79 koronaviruslu xəstə ölüb və son 24 saatda 18 757 şübhəli koronavirus testindən keçib, onlardan 2456-nın cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135-ə çatıb.(apa)