Ölkə 14:32 05.12.2019

“Türkiyədə sənədləri olmayan azərbaycanlıların leqallaşdırılmasına başlanılıb”

"Türkiyədə müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb".

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O həmçinin Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm şəhərlərində "Qarabağ" adlı həftəsonu Azərbaycan məktəblərinin açılıdığını da vurğulayıb.