Türkiyənin Ərzincan şəhərində maddi sıxıntısı olan tələbələri tapıb, zorla və ya şantaj yolu ilə fahişəliyə cəlb edən cinayətkar dəstə ələ keçib.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin 3 aylıq əməliyyatının ardından azərbaycan əsilli Pərvanə A. (50), Səyanə A (30), Mərafət M. (28), Qəmzə Y. (24), İşıl B. (25), Öznur A. (23) və Özləm Ç. (22) saxlanılıb.
Şübhəlilədən Pərvanə A, Qəmzə Y. və İşıl B. fahişəliyə vasitəçilik və yerlə təmin etmək ittihamı ilə həbs edilib, digər şübhəlilər isə ifadələri alındıqdan sonra məhkəmə nəzarət şərti ilə sərbəst buraxılıblar.
Şərhlər