Ölkə 18:28 12.09.2017

Türkiyədəki səfirimiz geri çağırıldı

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

"Qaynarinfo" xəbər verir ki, dövlət başçısı Faiq Nüsrət oğlu Bağırovu Azərbaycanın Türkiyədə və eyni zamanda Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Qeyd edək ki, Faiq Nüsrət oğlu Bağırov 1962-ci il noyabrın 13-də Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib. 1983–cü ildə Sovet ittifaqında  hərbi tərçüməçi, 1984-1986-cı illərdə  isə baş hərbi tərcüməçi kimi çalışıb.  

1986-1988-ci illərdə Bakıda Xarici Tələbələr Şurasında mütəxəssis olub. 1988-1990-cı illərdə xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə mədəni əlaqələr quran "Vətən" cəmiyyətinin şöbə müdiri, 1990-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində ikinci katib, 1993-1996-cı illərdə XİN-in konsulluq idarəsində  pasport bölmə müdiri, 1996-2000-ci illərdə Azərbaycanın Türkiyədəki səfirliyində birinci katib, Konsulluq idarəsinin rəhbəri işləyib. 

2000-2001-ci illərdə Xarici İşlər Nazirliyinin müşaviri, 2002-2004-cü illərdə isə XİN-in Konsulluq İdarəsinin rəis müavini olub. 2004-2010-cu illərdə Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri, 2005-2011-ci ildə Ərəb Dövlətləri Liqasında daimi müşahidəçi olub. 2010-cu ildən Azərbaycanın Türkiyədəki fövqaladə və səlahiyyətli səfiri idi.

Səfir rus, ərəb, ingilis və türk dillərini bilir, ailəlidir, iki övladı var.

Qaynarinfo.Az