Xəbər lenti

Sənət 11:20 21.05.2014

Türkiyəli sənətçi Qarabağ mövzusunda film çəkəcək


Hazırda Bakıda olan türkiyəli müğənni Əhməd Şəfəq Azərbaycanda film çəkəcək.

Qaynar.info xəbər verir ki, sənətçi bu barədə Aktual.az-a özəl məlumat verib: “Sabah İstanbula qayıdıram. Filmə artıq hazırıq. Avqustun sonunda ilk səhnələri çəkməyə başlayacağıq. Sentyabrın əvvəlində çəkilişləri bitirməyi planlaşdırırıq. Rejissorlar Türkiyədən gələcək.

Bundan başqa 3 aktyor türk olacaq. Digər heyət üzvləri Azərbaycandan seçiləcək. Filmi Türkiyənin kino texnikasına uyğun çəkəcəyik. İnanıram ki, çox gözəl alınacaq”.

Film 1992-ci ildə real həyatda yaşanan hekayədən bəhs edir: “1990-cı illərin əvvəlindən bu günə qədər dövrü əhatə edəcək. Parçalanan ailə bütövləşəcək. Hər şey Türkiyədən gələn insanın Bakıya gəlişi ilə başlayacaq. O insanın öz problemləri var. Həm qızın, həm oğlanın iç dünyası açılacaq. Bu həm eşq hekayəsidir, həm də Qarabağla çox ciddi əlaqəsi olacaq”.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?