Xəbər lenti

Türkiyənin məşhur serialında maaş qalmaqalı
Dünya 09:46 24.10.2021

Türkiyənin məşhur serialında maaş qalmaqalı

Türkiyədə illərdir yayımlanan "Arka sokaklar" serialının çəkilişlərində problem yaranıb.

Qaynarinfo "Axşam.az"a istinadən xəbər verir ki, yeni mövsüm start götürəndən bu yana maaş ala bilməyən işçilər çəkiliş meydançasına getməmək qərarı alıb.

Məlumata görə, işıqçı, operator və ssenari qrupu ilə yanaşı aktyorlar da artıq 8-ci bölümün çəkilişləri bitən layihədən bir qəpik belə ala bilməyiblər.

İşçilərin işi dayandırmasının ardından ödənişlərin hələ 3 həftə sonra veriləcəyi açıqlanıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->