Dünya 18:27 13.08.2020

“Uber”in ofisində axtarışlar başladı

"Uber”in Minsk ofisində axtarışlara başlanılıb. 

Qaynarinfo xəbər verir ki, məlumatı "Yandex” şirkəti təsdiqləyib. Artıq təfərrüatlar araşdırılır.

2018-ci ilin fevral ayında "Yandex” və "Uber” Rusiyada, eləcə də qonşu ölkələrdə, o cümlədən Belarusda onlayn səyahət sifarişləri biznesini birləşdirib.

Bundan əvvəl qara maskalı, silahlı naməlum şəxslərin "Yandex”in Minskdəki ofislərinə girdiyi bildirilmişdi.
 
Alpər