Ötən gün UEFA-dan avrokuboklarda iştirak edəcək klublara, həmçinin Azərbaycan təmsilçilərinə məktub daxil olub.
Bu barədə
Fanat.Az-a ölkəmizi avrokuboklarda təmsil edəcək klublardan məlumat verilib.
UEFA məktubda Avropa turnirlərində iştirak edəcək klubların qarşısına qoyduğu şərtləri açıqlayıb. Belə ki, koronavirus pandemiyası səbəbindən klublardan səfər oyunlarına yalnız çarter reysləri ilə yollanmaq tələb olunub. Bunun üçün Avropa futbol qurumu hər səfərə görə kluba 40 min avro ödəyəcək.
Əsas şərt isə nümayəndə heyətinin tərkibi ilə bağlıdı. UEFA-nın tələbinə əsasən, klub səfərə 45 nəfərdən artıq nümayəndə ilə çıxmamalıdı. Hər klubun futbolçu və məşqçi heyəti təxminən 35-36 nəfərdən ibarət olur. Qalan 9-10 yeri isə klub rəhbərliyi tutacaq. Beləliklə, jurnalistlər səfərə aparılmayacaq. Həmçinin klub rəsmiləri də tam təribdə səfərlərə qatılmayacaq.
Şərhlər