UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Norveç "Mölde"si arasında keçiriləcək oyunla bağlı qərarını açıqlayıb.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Kiprin Larnaka şəhərinə təyin olunub.
Oktyabrın 16-da "AEK Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, püşkün nəticəsinə əsasən "Qarabağ" - "Mölde" oyunu Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli idi. Amma Norveç klubu Azərbaycan paytaxtından dönüşdə 10 günlük karantinə alınacağı üçün UEFA qarşılaşmanın neytral meydanda oynanılmasına qərar verib.
Şərhlər