Xəbər lenti

Ukrayadakı hərbi vəziyyətə görə Avroliqa oyununun yeri dəyişdirildi
İdman 14:05 29.11.2018

Ukrayadakı hərbi vəziyyətə görə Avroliqa oyununun yeri dəyişdirildi

UEFA Avropa Liqasının bu gün baş tutan "Vorskla” (Ukrayna) - "Arsenal” (İngiltərə) oyunu ilə bağlı qərar verib.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Poltavada yox, paytaxt Kiyevdə keçiriləcək. Dəyişikliyə səbəb Ukrayna ilə Rusiya arasındakı siyasi gərginlik olub. Ukraynada bir neçə gündü hərbi vəziyyət elan olunub.

UEFA-nın yaydığı bəyanatda matçın yerinin Poltavadan paytaxta dəyişdirilməsi səbəbindən "Vorskla” azarkeşlərinin üzləşəcəyi çətinliyə görə təəssüf hissi keçirdikləri qeyd olunub: "UEFA-nın matçın Kiyevdə keçirilməsi ilə bağlı təcili qərarı Ukraynanın bəzi bölgələrində hərbi vəziyyətin və təhlükəsizlik tədbirlərinin qeyri-müəyyənliyi, eyni zamanda bütün riskləri qiymətləndirmək üçün vaxtın az olması ilə bağlı verilib”.
  
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->