Xəbər lenti

Dünya 17:32 10.12.2013

Ukrayna müxalifəti Avropa Birliyini köməyə çağırdı


Ukrayna müxalifəti prezident Viktor Yanukoviçlə danışıqlara avropalı rəsmilərin qatılmasını da tələb edib.

Qaynar.info
xəbər verir ki, bu barədə "Batkivşina" Partiyasının sədri Arseniy Yatsenyuk Milli Müqavimət Hərəkatının qərargahında jurnalistlərlə söhbəti zamanı deyib.

"Bizim Avropa Birliyinin ən ali  - prezident və komissar səviyyəsində missiyasına ehtiyacımız var. Hələ də siyasi böhranın həlli üçün şans var".

O, qeyd edib ki, müxalifət Leonid Kravçukun təşkil etdiyi dəyirmi masaya dəvət olunmayıb: "Prezidentin heç bir planı, güzəşti yoxdur. Apellyasiya məhkəmələri həbs olunan aksiya iştirakçılaşrı bağlı qərarlarını gələn həftəyə saxladılar".  

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?