Ukraynada 2 gündür ki, davam edən kütləvi aksiyalardan sonra prezident Viktor Yanukoviç geri addım atıb.
Qaynar.info-nun aznews.az-a istinadən məlumatına görə, o, xalqa müraciət edərək xalqı şəxsən onu dinləməyə çağırıb. “Mən xalqımın mənafeyi əleyhinə heç bir addım atmaram. Ukrayna xalqının iradəsi mənim qərarım üçün də həlledici olacaq” deyə prezident xalqı əmin edib.
Qeyd edək ki, müxalifət sabah Ukraynada ümumxalq tətili keçirmək üçün müraciət edib. Yanukoviçin xalqa müraciəti bu tətilin qarşısını almağa yönəlib.
Qaynar.info
Şərhlər