Dünya 23:59 01.07.2020

Ukrayna-Rusiya müharibəsi başlasa... - Ali Radadan xəbərdarlıq

Müharibə baş verərsə, Rusiya dərhal Ukraynaya bir neçə istiqamətdən qoşun göndərə bilər. 

Qaynarinfo xəbər verir ki, bu haqda Ali Radanın deputatı və Ukrayna Desant Hücum Qoşunlarının keçmiş komandiri Mixail Zabrodski "Espresso” telekanalının efirində deyib.   

O, Belarusiya ərazisinin Rusiya Federasiyası tərəfindən işğal üçün tramplin kimi istifadə edilməsindən bəhs etdiyini vurğulayıb. "Təəssüf ki, bu təhlükə davam edir", - Zabrodski deyib. Zabrodskinin həmkarı, Rada millət vəkili Roman Kostenko əlavə edib ki, Rusiya təkcə Belarus ərazisindən deyil, həm də Donbass və Krımdan da hücum edəcək.

"Bu, bir yayındırma, Donetsk istiqamətində bir hücum nümayişidir və özləri də Krımdan Şimali Krım kanalını kəsmək üçün hücum hazırlayacaqlar", - Kostenko hesab edir. Ona görə, Ukraynanın Belarus ilə geniş bir sərhədi var və bununla hesablaşmaq lazımdır. 

Qeyd edək ki, bu cür baxış nöqtəsi Ukraynada ilk deyil. Politoloqlar və müxtəlif ekspertlər Rusiya ilə hərbi qarşıdurma vəziyyətində Ukraynanın əlverişsiz strateji mövqeyini dəfələrlə qeyd ediblər. Lakin onların çoxu Moskva ilə münasibətlər qurmaq əvəzinə problemin həlli kimi NATO ilə əməkdaşlığı gücləndirməyi təklif ediblər.

Alpər