Xəbər lenti

Ukraynada rusiyalı jurnalist qətlə yetirildi: Kremlə müxalif mövqedə idi
Dünya 09:53 30.05.2018

Ukraynada rusiyalı jurnalist qətlə yetirildi: Kremlə müxalif mövqedə idi

Rusiyalı jurnalist Arkadi Babçenko Ukraynada qətlə yetirilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 41 yaşlı jurnalist Kiyevdə yerləşən evinin yaxınlığında güllələnib və onun meyiti həyat yoldaşı tərəfindən aşkarlanıb. 

Babçenko 2016-cı ildə Rusiyada hərbi təyyarənin qəzaya uğraması ilə bağlı yazmış, ölüm hədələri almış və ölkəsini tərk etmək məcburiyyətində qalmışdı. Əvvəlcə Praqaya gedən jurnalist daha sonra Kiyevdə yerləşmişdi. Rəsmi Kremlə qarşı müxalif mövqeyi ilə seçilən Arkadi Babçenko Ukraynanın "ATR" Tv-sində çalışırdı. 

Rusiyanın xarici işlər nazirliyi Ukraynadan qətllə bağlı istintaq prosesinin yüksək səviyyədə aparılmasını tələb edib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->