Xəbər lenti

Ukraynalı nazir NATO-nu fəalətsizliyə görə sərt tənqid etdi
Dünya 12:37 21.06.2021

Ukraynalı nazir NATO-nu fəalətsizliyə görə sərt tənqid etdi

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba NATO-nun 2008-ci ildən bəri ölkənin Şimali Atlantika İttifaqına üzv olması üçün heç bir şey etmədiyini deyib.

Qaynarinfo Anadolu agentliyinə istinadla xəbər verir ki, diplomat son NATO zirvəsində Ukraynanın ittifaqa daxil olacağının təsdiqləndiyini qeyd edib.

"ABŞ Prezidenti Co Bayden çoxsaylı şərhlərində Ukraynanı alyansın tam hüquqlu üzvü kimi gördüyünü təkrarlayıb", - Kuleba deyib.

O, NATO-nun bu müddətin vaxtı barədə heç bir işarə vermədiyini söyləyib.

Nazir qeyd edib ki, söhbət Ukraynanın "islahatlar yolunda çox şey əldə etdiyi" zamanlama və təşkilat tərəfindən tanınma ilə bağlıdır.

"İslahatlardan bəhs etdiyimiz zaman, bu, sonsuz bir tarix ola bilər. NATO-ya sualım budur: tam olaraq nə qədər islahat istəyirsiniz? Bizə dəqiq bir siyahı verin. Çünki biz nə qədər çox islahatlar aparırıqsa, sizin gözləntiləriniz də o qədər çoxalır”, - Kuleba deyib.
 
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->