Vladimir Zelenski nə Donbas, nə də Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsi mövzusunda Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyəcək.
Qaynarinfo xəbər verir ki, bu fikri Ukraynanın ilk prezidenti, Minsk danışıqlarında nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.
"Ukrayna Prezidenti Donbasda müharibə mövzusunda razılaşma üçün heç vaxt Moskvaya getməyəcək. Putin Ukrayna və Rusiya arasındakı münasibətlərin qlobal miqyasında danışıqlar fikri ilə çıxış edərsə, o zaman yalnız bitərəf bir ölkədə görüşə bilərlər", - siyasətçi Kanal 4-ə bildirib.
"Finlandiya və ya İsveçrə danışıqlar üçün məkan ola bilər", - Kravçuk dəqiqləşdirib.
Xatırladaq ki, 20 aprel tarixində Zelenski Putinə Donbasda görüşmək təklifiylə çıxış edib. Rusiya Federasiyasının prezidenti də öz növbəsində, Ukraynanın şərqindəki münaqişəni "DXR”, "LXR” liderləri ilə müzakirə etməyi məsləhət görüb və Zelenskini istədiyi vaxtda Moskvada ikitərəfli münasibətləri müzakirə etməyə dəvət edib.
Alpər
Şərhlər