Dünya 22:29 31.03.2020

“Ulduz müharibələri” filminin aktyoru koronavirusdan öldü

İngilis aktyor Endryu Cek çərşənbə axşamı səhər 76 yaşında Çertsidə yerləşən Müqəddəs Pyotr Xəstəxanasında vəfat edib. 

Qaynairnfo xəbər verir ki, onda koronavirus qoyulub.

Həyat yoldaşı Qabriel Rocers hazırda Avstraliyada karantindədir. Buna görə də ərini dəfn etməyə gələ bilməyib.
Endryü Cek səhnə nitqindən dərs ddeyib, lakin əsil şöhrəti elmi fantastik "Ulduz müharibələri" filmində oynadığı mayor Kaluan Emmat roluyla qazanıb. O, filmdə iki "Qüvvələrin oyanması” və "Son Jedi” bölümlərində səhnə alıb.
Ayrıca, "Üzüklərin ağası” filmsaqasının aktyorlarına Elven dilini öyrədən də Emmat olub.