Uşağını balkona zəncirləyən ana ilə bağlı şok faktlar (VİDEO)
Bakıda yaşayan Yevlax rayon sakini Şahanə İsmayılova, Nəsimi rayonu Cavadxan küçəsində kirayə qaldığı mənzildə övladının ayaqlarını zəncirlə bağlayaraq işə gedib.
Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, 9 yaşlı uşaq səhər saat 8-dən axşam 10-a qədər köməksiz vəziyyətdə qalıb. Qonşuların sözlərinə görə bu hal bir dəfə yox, bir neçə dəfə təkrarlanıb.
Şahid: "Döyürdülər, uşağın belində pol taxtası sındırırdılar”.
Şahid: "Zəncirlə bağlamışdı, burda oturub bizimlə danışırdı, neçə dəfə qaçıb”.
Şahidlər deyirlər ki, ayağından zəncirlənən azyaşlı, normal, psixoloji durumunda heç bir problem olmayan uşaqdı.
Faktla bağlı ARB TV-yə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev, azyaşlının fotosunun idarəyə ötən gün daxil olduğunu bildirib. Ona qarşı qeyri-insani rəftarla bağlı fakt nəzarətə götürülüb. Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. Şahanə İmayılova isə məsuliyyətə cəlb olunub.
Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu bildirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib. Araşdırma zamanı Nəsimi Rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub”.
Bir neçə gün davam edən vəziyyətə ətrafdan müdaxilə də bu məqamda danışılacaq məsələdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər