Xəbər lenti

Uşaqlar üçün
Texnologiya 12:45 06.12.2017

Uşaqlar üçün "Facebook"

Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook" 13 yaşdan kiçik uşaqlar üçün "Messenger Kids" adlı tətbiqetməsini istifadəyə verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Facebook" yaşı 13-dən böyük olan şəxslər üçün nəzərdə tutulub, lakin 20 milyondan çox azyaşlının sosial şəbəkədə qeydiyyatda olduğu təxmin edilir. Bunun qarşısını almaq üçün şirkət uşaqlara "Facebook Kids" ilə mesajlaşma xidməti təklif edir. Bu tətbiqetmənin istifadəsi üçün valideynlərin icazəsi lazımdır. 

Tətbiqetmənin direktoru Loren Çenq "Valideynlər uşaqlara tablet və "smart" telefon istifadəsinə icazə verirlər. Lakin hansı tətbiqetmənin onlara uyğun olması məsələsində narahatlıqları var. Araşdırmalarımız, valideynlərlə görüşlərimiz belə bir layihənin reallaşmasına səbəb oldu" deyib. 

Uşaqlar ancaq bir-biri ilə danışa biləcək. Ünsiyyət video, foto və yazışma ilə mümkün olacaq. Azyaşlıların böyük şəxslərlə mesajlaşa bilməsi üçün həmin şəxslərin təsdiq edilməsinə ehtiyac olacaq və onlar "Facebook Messenger" vasitəsilə cavab verə biləcəklər. 

Hər bir uşağın profilində adı, mesajların tərkibi və tətbiqetmənin necə istifadə edilməsi barədə məlumatlar qeyd ediləcək. Məlumatları ehtiyac olduqda qanuna uyğun olaraq 3-cü şəxslə paylaşmaq mükün olacaq.

"Facebook" qeydiyyatdan keçən uşaqların yaşlarının avtomatik müəyyənləşdirilməyəcəyini və yaşları artdıqda tətbiqetmədən imtinanın tələb edilməyəcəyini bildirib. Əgər azyaşlılar istəsə, "Facebook Messenger"ə keçə biləcəklər.

Qeyd edək ki, "Messenger Kids" hələlik ABŞ-da IOS istifadəçiləri üçün əlçatan olacaq.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->