Uşaqların Aşura mərasimlərində iştirakına ( RƏSMİ MÜNASİBƏT)

Uşaqların Aşura mərasimlərində iştirakına ( RƏSMİ MÜNASİBƏT)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) dünən ölkədə keçirilmiş Aşura mərasimlərində azyaşlı uşaqların iştirakına münasibət bildirib.

AQUPDK-nın İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında bildirib ki, insan hüquqlarının müdafiəsi prinsipi çərçivəsində - həm konstitusiya, həm də beynəlxalq konvensiyaya əsasən Azərbaycan vətəndaşlarının ailə üzvlərinin dini mərasimlərdə iştirakına icazə verilir və onların hüquqları qorunur.

Onun sözlərinə görə, uşaqların hüquqları pozulmursa, təhsildən yayınma və sağlamlığına zərər vurma faktı yoxdursa, uşaqların dini mərasimlərdə iştirakına icazə verilir: "Lakin sağlamlığa zərər vuran hərəkətlərin edilməsi, qan tökülməsi yolverilməzdir və bu birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır”.

Şöbə müdiri qeyd edib ki, son illərdə Azərbaycanda azyaşlıların dini mərasimlərdə iştirakı ilə bağlı problemli məsələlər qaldırılmayıb: "Məsələ ilə əlaqədar zərərçəkən uşaqlar qeydiyyata alınmayıb. Dini mərasimlərdə iştirak zamanı uşağa qarşı zorakılıq faktı törədilərsə, uşaqların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə valideyn hüquqlarının məhdudlaşdırılması mümkündür”.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR