Sənət 15:49 13.03.2018

V Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri bəlli oldu (SİYAHI)

"Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə xanəndə və instrumental muğam ifaçılarının V Beynəlxalq Muğam Müsabiqəsi başa çatıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müsabiqədə Qazaxıstan, Misir, Özbəkistan, İran, Tacikistan, Mərakeş, Suriya, İordaniya, İsrail və Moldovadan olan ifaçılar iştirak ediblər. Martın 12-də yekunlaşan müsabiqənin qalibləri bəlli olub.

İnstumental ifaçılıq üzrə birinci yeri Nurlan Cəbizadə (tar), ikinci yerləri Elnur Mikayılov (kamança) və İran vətəndaşı Aria Muhafez (səntur), üçüncü yerləri isə Özbəkistandan olan ifaçılar Otajan Əkrəmov  Əzəmət Elgaşev qazanıb.

Xanəndəlik nominasiyası üzrə isə birinci yerləri Elsevər Muradovİlyas Arabov, ikinci yerləri Pərviz QasımovSərdar Sorayev, üçüncü yeri isə Uyğur Musiqili Dram teatrı tutub.
 
Qaliblərin mükafatlandırma mərasimi sabah keçiriləcək.
 
Çingiz Səfərli