Ölkə 23:01 07.07.2020

Vahid Əhmədov səhhətindən danışdı

Milli Məclisin deputat Vahid Əhmədov Türkiyədə müalicəsini davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə deputat çıqlamasında deyib.

Milli Məclisin üzvü müalicəsinin uğurla davam etdiyini söyləyərək əlavə edib ki, həkimlərin məsləhətinə əsasən, daha on gün müalicə olunacaq.

V.Əhmədov pandemiya dövründə hər kəsi sağlamlığını qorumağa çağırıb.

Qeyd edək ki, millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu. Ötən ayın sonlarında ürəyində problemlər yaranan V.Əhmədov özəl təyyarə ilə Türkiyəyə getmişdi və həkim nəzarəti altına alınmışdı. (Musavat.com)