Xəbər lenti

Vanqanın 2018-ci il üçün iki proqnozu açıqlandı
Dünya 14:36 25.12.2017

Vanqanın 2018-ci il üçün iki proqnozu açıqlandı

1996-cı ildə dünyasını dəyişən Bolqarıstan əsilli məşhur öncəgörücü Baba Vanqanın 2018-ci il üçün proqnozları açıqlanıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu günə qədər bir çox hadisəni, fəlakəti, 11 sentyabr terrorunu, "Brexit" prosesini, İŞİD terror təşkilatının fəaliyyətini təxmin edən qadın 2018-ci il üçün 2 əsas proqnoz verib. Vanqaya görə, 2018-ci ildə Çin iqtisadiyyatı ABŞ-ı geridə qoyacaq və dünya liderinə çevriləcək. 1970-ci ildə bu ölkə dünya iqtisadiyyatının 4%-ni təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 15,6% idi. 

Növbəti il üçün 2-ci vacib proqnoz Venera planetində yeni enerji formasının kəşfidir. Hazırda Venera ilə bağlı heç bir tədqiqat aparılmır. 2018-ci ildə astrofizik Yucin Parkerin adını daşıyan və Günəşin xarici qatını öyrənən tədqiqat reallaşdırılacaq. Proses zamanı Veneranın cazibə qüvvəsindən Günəşin ətrafında dövr etmək üçün istifadə planlaşdırılır.

Vanqanın təxminləri arasında 2028-ci ildə aclığın sona çatacağı, 2256-cı ilə Marsda koloniya qurulacağı və 2341-ci ildə dünyanın yaşamaq üçün əlverişsiz vəziyyətə gələcəyi də var.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->