Xəbər lenti

Varis "Dünyanın ən populyar yazarları" reytinqində
Sənət 16:46 04.06.2014

Varis "Dünyanın ən populyar yazarları" reytinqində

Türk dilində nəşr edilmiş kitabların əhatə etdiyi (Türkiyə, Almaniya, Bosniya, Bolqarıstan, Şimali Kipr və s. ölkələrdən ibarət) böyük kitab bazarının tədqiqi ilə məşğul olan Türkiyənin nüfuzlu «1000kitap.com» saytı populyar kitabların və yazarların reytinqlərini təqdim etmək üzrə ixtisaslaşıb.

«Ən populyar 1000 yazar» reytinqi klassik və müasir dövr Türkiyə, eləcə də xarici ölkə yazıçılarından formalaşır. İlk dəfədir ki, reytinqə azərbaycanlı yazıçının da adı daxil edilib. Bu, xarici ölkə yazıçılarının siyahısında 113-cü, ümumi siyahıda isə 338-ci yer alan Varisdir.

İlk üçlüyü Simon De Bavuar (Fransa), Elif Şafak və Reşat Nuri Güntekin (hər ikisi Türkiyə) tutan «Ən populyar 1000 yazar» reytinqində əcnəbi yazarlar arasında daha çox müasir ABŞ yazıçılarına rast gəlinir.
Reytinqin ilk sıralarında Fyodor Dostoyevski, Viktor Hüqo, Con Steynbek, Jek London, Lev Tolstoy, Frans Kafka, Çarlz Dikkens, Emil Zolya, Ernest Heminquey kimi dünyaşöhrətli klassik yazıçılarla yanaşı çağdaş dövrün Xalid Hüseyni, Dan Braun, Adam Fauer, Suzanna Kollinz, Paolo Koelyo, J.K.Roulinq, Qabriel Qarsia Markes, Joze Saramoqa kimi ən populyar yazarları da yer alıb.

Xatırladaq ki, Varisin İstanbulda 2013-cü ilin noyabrında «Yetmiş yeddinci gün» və «Sənə inanıram», eləcə də 2014-cü  ilin martında «Son məktub» romanları işıq üzü görmüş, xüsusən, «Son məktub»un taleyi uğurlu olub. Cəmi 2 ay yarım öncə çıxan «Son məktub» «Ən populyar 1000 kitab» reytinqinə daxil olaraq sürətli sıçrayışla reytinqdə 182-ci yerə yüksəlib.

«Ən populyar 1000 yazar», «Ən populyar 1000 kitab», eləcə də «1000 kitap.com» saytında təqdim edilən digər – «Ən çox oxunan yazarlar», «Ən çox oxunan kitablar» reytinqləri kitabların satış faizi, ekspertlərin qiymətləndirməsi, eləcə də oxucuların rəyləri əsasında formalaşır.

Top-1000-dən

1. Simon De Bavuar (Fransa)
2. Xalid Hüseyni (Əfqanıstan)
3. Fyodor Dostoyevski (Rusiya)
4. Dan Braun (ABŞ)
5. Stepen Meyer (ABŞ)
6. Adam Fauer (ABŞ)
7. Tess Gerritsen (ABŞ)
8. Viktor Hüqo (Fransa)
9. Jojo Moyes (İngiltərə)
10.Suzanna Kollins (ABŞ)

13. Lev Tolstoy (Rusiya)
15. Paolo Koelyo (Braziliya)
17. Platon (Qədim Yunanıstan)
23. J.K.Roulinq (İngiltərə)
24. Jon Steynbek (ABŞ)
25. Jek London (ABŞ)
28. Aqata Kristi (İngiltərə)

30. Jül Vern (Fransa)
32. Qabriel Markes (Kolumbiya)
33. Frans Kafka (Çexiya-Avstriya)
34. Çarles Dikkens (İngiltərə)
36. Çingiz Aytmatov (Qırğızıstan)
39. Artur Konan Doyl (Şotlandiya)
47. İvan Turgenev (Rusiy    a)
51. Emil Zolya (Fransa)
52. Aleksandr Düma (Fransa)
57. Uilyam Şekspir (İngiltərə)
60. Onore de Balzak (Fransa)
63. Albert Kamyu (Fransa)
64. Ernest Heminquey (ABŞ)

77. Herman Hesse (İsveçrə, Almaniya)
80. Joze Saramoqa (Portuqaliya)
83. Oşo (Hindistan)
88. İohann Hote (Almaniya)
90. Ömər Xəyyam (İran)
99. Aleksandr Puşkin (Rusiya)
106. Anton De Sent Ekzüpiri (Fransa)
111. Patrik Zuskind (Almaniya)
113. Varis Yolçuyev (Azərbaycan)

120. Knut Hamsun (Norveç)
122. Mark Tven (ABŞ)
125. Virciniya Vulf (İngiltərə)
127. Daniel Deto (İngiltərə)
130. Qustav Flaubert (Fransa)
136. Anton Çexov (Rusiya)
138.  Oskar Vayd (İrlandiya)
143. Jan Pol Sartr (Fransa)
144. Haruki Murakami (Yaponiya)
150. Cudit Maknayt (ABŞ)
və s.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->