Vasif Talıbov festival keçirdi, alış-veriş etdi (FOTO/VİDEO)

Vasif Talıbov festival keçirdi, alış-veriş etdi (FOTO/VİDEO)

Naxçıvanda "Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.

Festivalda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 408 ailə təsərrüfatı tərəfindən 556 növdə qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qovurması, xaması, qaymağı, müxtəlif növ mürəbbə və şirniyyatları, pendiri, qatığı, alanası, miyanpuru, sucuğu, cəvizi, badamı, qovudu, müxtəlif çeşidli meyvə şirələri, sirkələri, şərabları və araqları, ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar festival iştirakçılarına təqdim edilib.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının sahibləri ilə söhbət edib, məhsullardan alıb. 
 
XƏBƏRLƏR
BLOGLAR