Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində "Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsi yaradılıb.
Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 9-da bununla bağlı sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiq etmək və sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Şərhlər