Naxçıvan Aqrar Sığorta Fondu ləğv edilib.
Qaynarinfo-nun Modern.az-a istinadən məlumatına görə, sözügedən qurum iki ay ərzində fəaliyyətini tam dayandıracaq.
Fondu ləğvi ilə bağlı müvafiq fərman imzalanıb. Naxçıvan qanunvericiliyində Fondun ləğvi ilə bağlı müəyyən dəyişikliklər ediləcək.
Qeyd edək ki, Naxçıvan Aqrar Sığorta Fondu 2020-ci ilin yanvarında Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun fərmanı ilə yaradılıb.
Xatırıladaq ki, Vasif Talıbov 1995-ci ildən 21 dekabr 2022-ci ilədək Ali Məclisin sədri vəzifəsində çalışıb.
Şərhlər