Xəbər lenti

Pənah Hüseyn niyə sədrlikdən gedir? - Onun daha böyük layihəsi var
Siyasət 14:02 17.06.2025

Pənah Hüseyn niyə sədrlikdən gedir? - Onun daha böyük layihəsi var

"Pənah Hüseyn istefa verməyib. İstədiyi vaxt qayıdıb səlahiyyətlərini geri ala bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Xalq Partiyası (AXP) sədrinin səlahiyyətlərini icra edən Qiyas Sadıqov Pənah Hüseynin sədrlikdən istefa verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. 

Qiyas Sadıqovun sözlərinə görə, AXP-nin nizamnaməsi sədrin səlahiyyətlərini başqa birinə həvalə etməsinə imkan verir.

"Pənah bəy də səlahiyyətlərini mənə həvalə edib" deyən AXP yetkilisi sədrin bu addımını onun daha böyük siyasi layihəsinin olması ilə izah edib. "

"Pənah bəy daha böyük projesinin olduğunu deyir", deyə Qiyas Sadıqov vurğulayıb. Lakin o, Pənah Hüseynin yeni layihəsinin detalları barədə danışmayıb.  

Qaynarinfo-nun əldə etdiyi məlumata görə isə Pənah Hüseynin üzərində işlədiyi layihə yeni siyasi blokun yaranması ilə bağlıdır. İddialara görə, o, hazırda partiya sədrləri və eləcə də cəmiyyətdə tanınan ictimaiyyət nümayəndələri ilə görüşüb müzakirələr aparır. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->