Xəbər lenti

Berris Ekinci ilə Vahan Kostanyan arasında görüş:
Dünya 12:37 17.06.2025

Berris Ekinci ilə Vahan Kostanyan arasında görüş: "Simvolik addımdır"

"Mümkündür ki, görüşdə əsasən bir sıra regional məsələlər müzakirə edilib. Bu, Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar - Azərbaycan-Ermənistan sülh prosesi, Zəngəzur dəhlizi və 3+3 formatlı əməkdaşlıq təşəbbüsləri ilə sıx bağlıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Ankarada Türkiyə xarici işlər nazirinin müavini, səfir Berris Ekinci ilə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında baş tutan görüşü şərh edərkən deyib. 

"Türkiyə, İrəvanla münasibətlərin normallaşmasını əsasən Ermənistanın Azərbaycanla münasibətlərindəki konstruktivliyə bağlayır. İkitərəfli münasibətlərdə konkret nəticələrin əldə olunması üçün regional balansların və Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı həlledici rol oynayır", deyə Vüqar Zifəroğlu bildirib.
 

  
Həmsöhbətimizin fikrincə, görüş yeri kimi Ankaranın seçilməsi, Türkiyənin bu prosesdə liderlik və vasitəçilik iddiasını gücləndirməyə çalışdığının göstəricisidir:

"Bu, həm də Ankaranın Qafqazda sülh və əməkdaşlıq gündəmini təşviq etdiyini göstərən simvolik addımdır".

Qeyd edək ki, Türkiyə xarici işlər nazirinin müavini, səfir Berris Ekinci ilə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan arasında Ankara şəhərində görüş keçirilib. Görüş zamanı tərəflər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->