Vəfat edən şəxsin orqanlarının başqa xəstəyə köçürülməsinə icazə verildi

Vəfat edən şəxsin orqanlarının başqa xəstəyə köçürülməsinə icazə verildi

Azərbaycanda sağlığında meyitinin transplantasiya məqsədi ilə yazılı razılığını bildirən şəxslərin ölümündən sonra meyiti, orqanları istifadə oluna biləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, şəxs sağlığında meyitinin, orqan və (və ya) toxumalarının transplantasiya məqsədi ilə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqanları istifadə oluna bilər.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR