Xəbər lenti

Vergilər kriptovalyuta ilə ödənəcək
Texnologiya 17:44 11.02.2018

Vergilər kriptovalyuta ilə ödənəcək

ABŞ-ın Arizona ştatında Senat vergilərin kripto pul vahidi ilə ödənilməsi barədə qərar qəbul edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qərar Təmsilçilər Məclisi tərəfindən təsdiqini tapsa, vergi ödənişləri "Bitcoin", "Ethereum" və digər kripto pul vahidləri ilə də ediləcək. Ödəniş, kripto pul bazarında baş verən qiymət dəyişikliklərinə görə 24 saat ərzində dollara çevriləcək. 

Qanun layihəsinin müəllifi olan Respublikaçı senator Ceff Veninqer bildirir ki, qərar nəticəsində Arizona gələcəkdə kripto pul texnologiyası üçün mərkəz ola bilər.

Qeyd edək ki, ötən il İsveçrədə bəzi bələdiyyələr ödənişlərin kripto pulla qəbuluna başlamışdı. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->