Xəbər lenti

Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi (VİDEO)
Video 11:32 27.07.2021

Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi (VİDEO)

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan "Məşğulluq marafonu"na Bakı Nəqliyyat Agentliyi (BNA) də qoşulub.

BNA-dan Qaynarinfo-ya verilən məlumata görə, Agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub.

Eyni zamanda məlumat üçün qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin 16 nəfər əməkdaşı da 44 günlük Vətən müharibəsində iştirak edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->