Səbail Rayon İcra Hakimiyyətində yeni yaradılan "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə yeni təyinat olub.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Səbail Rayon İcra Hakimiyyəti başçısının əmri ilə qeyd olunan şöbənin böyük məsləhətçi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Nicat Əlyar oğlu Quliyev təyin edilib.
Qeyd edirik ki, Nicat Quliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şərhlər