Foto 17:29 13.08.2019

Vətəndaşlar “Kənddən Şəhərə” yarmarkalarından məmnundur (FOTOLAR)

Bakı və Abşeron başda olmaqla respublikanın 30 ayrı nöqtəsində təşkil olunan "Kənddən Şəhərə” bayram yarmarkaları davam edir. 

Bayramın ikinci günündə də yarmarkalara vətəndaşlar tərəfindən maraq böyükdür. Sosial dəstək məqsədi ilə təşkil olunan yarmarkaların əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyun tələbatının münasib qiymətli qurbanlıq heyvanlarla ödənilməsi və bazarlarda süni qiymət artımının qarşısının alınmasıdır. 

Yarmarkalara baş çəkən vətəndaşlar qiymətlərdən razılıq edərək öz məmnunluqlarını ifadə ediblər. Budəfəki yarmarkalarda onlayn sifariş və öncədən növbə götürmə xidməti də istifadəyə verilib. Bu xidmətin də əsas məqsədi vətəndaşların rahatlığının yüksək şəkildə təmin olunması olub. Belə ki, onlayn qurbanlıq sifariş edən şəxslər https://kenddenshehere.az/qurbanliq saytı üzərindən qeydiyyatdan keçərək qurbanlıq qiymətinin kiçik bir hissəsini (3 manat) onlayn şəkildə ödəyiblər. 

Daha sonra özlərinə ən uyğun satış məntəqəsini, qurbanlıq qoyunları götürmək istədikləri tarix və saat intervalını seçən vətəndaşlar məntəqələrə gələrək növbə gözləmədən sifarişlərini əldə ediblər. 

"Kənddən Şəhərə” qurbanlıq satış yarmarkalarından hazırlanan fotoreportajı təqdim edirik.