Ölkə 22:31 27.03.2020

"Vikipediya"çılar məşhur professorla bağlı 4 dildə məqalə yaratdılar

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" Metodik Mərkəzinin könüllüləri Azərbaycanın tanınmış yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi,Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Vaqif Sultanı haqqında "Vikipediya"nın qazax,rus,fars, türk dil bölmələrində məqalələr yaradıblar.

Qaynarinfo xəbər verir ki, məqalələrdə tanınmış elm adamının həyat və fəaliyyəti haqqında məlumatlar öz əksini tapıb. Professor haqqında polyak dilində də məqalənin yaradılması davam edir.

Qeyd edək ki, dünən professorun 62 yaşı tamam olub.