Vilayət Eyvazov polis kapitanını rəis müavini təyin etdi

Vilayət Eyvazov polis kapitanını rəis müavini təyin etdi

Daxili İşlər orqanlarında yeni təyinat olub. 

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Azər Şahbazov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəis müavini təyin edilib.

O, bu təyinata qədər Siyəzən Rayon Polis Şöbəsində çalışıb.
X
XƏBƏRLƏR
BLOGLAR