Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni təyinatla bağlı əmr imzalayıb.
Qaynarinfo baku.ws- ə istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
Bundan sonra sözügedən vəzifəni polis polkovnik-leytenantı Samir Həsənov icra edəcək.
Qeyd edək ki, S.Həsənov buna qədər Bakı şəhər Nərmanov rayon Polis İdarəsinin 17-ci Polis bölməsinin rəisi işləyib.
Şərhlər