Virusoloq: “Omikron” təbiətin koronavirusa qarşı yaratdığı canlı peyvən ola bilər

Virusoloq: “Omikron” təbiətin koronavirusa qarşı yaratdığı canlı peyvən ola bilər

Viroloq Pyotr Çumakov deyir ki, "Omicron” koronavirus ştamı canlı peyvənd ola bilər. 

Qaynarinfo xəbər verir ki, ekspert Ura.ru nəşrinə bunun ən nikbin rəy olduğunu bildirib.

Bununla belə, o, "təbiətin koronavirusa qarşı canlı peyvəndi yaratması" şansının olduğunu deyib. Belə olan halda bu ştamla xəstələnən insanlar "xəstəlik törədən variantlar”a qarşı immunitet qazanacaqlar.

Çumakov ümid etdiyini bildirib ki, "omikron”un ortaya çıxması ilə bağlı qadağalar keçmişdə qala bilər, lakin "omikron”un koronavirusun digər suşlarını əvəz edib-etməyəcəyinin hələlik məlum olmadığını vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ÜST ekspertləri bildiriblər ki, artıq onlarla ölkədə müəyyən edilmiş "omikron” ştamı hələlik ölümcül nəticəyə gətirib çıxarmayıb.
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X