Xəbər lenti

İdman 19:18 27.01.2022

Vitse-prezident istefasının səbəbini açıqladı

Millimizin üzvü Namik Ələskərovun da formasını geyindiyi "Bursaspor"da ayrılıq yaşanıb.
 
Qaynarinfo xəbər verir ki, klubun vitse-prezidenti Emin Adanur vəzifəsindən istefa verib. O bunun səbəbini bəzi şəxslərin özünə qarşı öyrədildiyini və istefa şüarları səsləndirilməsi və tənqidlərin artması ilə izah edib. Özünün və ailəsinin yorğun olduğunu deyən Adanur açıqlamasında klub üçün xeyli işlər gördüklərini buna rəğmən hörmətsizliklə üzləşdiyini deyib. 
 
"Yaşıl-ağ" kluba qısa müddətdə böyük maddi və mənəvi qazanc gətirdiklərini açıqlayan Adanur bunları deyib:
 
"Biz gəlməmişdən əvvəl "Bursaspor" çox uğur qazanıb və bundan sonra da mütləq uğur qazanmağa davam edəcək. Bir il ərzində əvvəllər heç vaxt üzləşmədiyimiz bütün təzyiqləri hiss etdik. Bu təzyiqləri edənlərin uzun illər "Bursaspor" ictimaiyyətinə vurduğu zərəri hamımız bilirik. Milyonlarla azarkeşin izlədiyi, könül verdiyi "Bursaspor" bir neçə insanın eqosu ucbatından bu vəziyyətə gəlib. Onların çoxu, hətta tamamilə öz maraqlarına uyğun hərəkət edir. Gördüm ki, klub bir ovuc insandan başqa heç kimi maraqlandırmır. Mənim istefa verməyim üçün əllərindən gələni edənlər "Bursaspor"un qayğısına qalsınlar.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?