Vitse-prezident:

Vitse-prezident: "Türkiyə Qarabağda bunun qarşısını almağa çalışacaq"

"Azərbaycan torpaqlarının 1/5-i üzərində davam edən işğala son qoyulması üçün 25 ildir ki, azərbaycanlı qardaşlarımızla yaxın həmrəylik çərçivəsində hərəkət etməkdəyik”.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında deyib.

F. Oktay bildirib ki, Azərbaycanın bir parçası olan Dağlıq Qarabağ və digər işğal altındakı ərazilərdə iqtisadi və ticari fəaliyyətə yol verilməməsi məsələsində Türkiyə azərbaycanlı qardaşları ilə birlikdə üzərinə düşəni həyata keçirməkdə qərarlıdır: "Bu gün imzaladığımız Tədbirlər Planında da bu iradəmiz əksini tapıb. Məsələnin beynəlxalq ictimaiyyətin gündəmində qalması üçün bütün platformalarda Azərbaycanla həmrəyliyimizi davam etdirəcəyik. Bu gün əldə olunan razılaşmalar sayəsində ölkələrimiz arasında ticari və iqtisadi əlaqələri ən qısa zamanda qardaşlıq münasibətlərimizi əks etdirəcək səviyyələrə çatmasını arzu edirəm”.
XƏBƏRLƏR
BLOGLAR