Milli Məclisin bugünki iclasında gərginlik yaşanıb.
Qaynar.info-nun məlumatına görə, "Avtomobil yolları haqqında" qanunda dəyişiklik edilməsi müzakirəsi zamanı millət vəkili Q. Həsənquliyev etirazını bildirib. O deyib ki, 2012-cilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı heç kimə söz verilmədi və müzakirələr aparılmadı: "Lazımsız olan əlavə məsələlər barədə müzakirələr aparılır. Bu sovet dönəmindəki kimi icra olunur qanun layihəsi danışılır və səsverməyə qoyulur".
Q.Həsənquliyevin bu dediklərinə vitse-spiker Ziyafət əsgərov cavab verib: "siz indidən 2015-ci ilin piarını aparırsınız. Qanun layihəsinin müzakirəsi zamanı heç kim danışmaq üçün qeydiyyatdan keçmədi . İndi jurnalistlər burdadır. Onların qarşısında siz özününzü reklam edirsiz. Ayıb olsun, sizə".
Şərhlər