Sənət 14:15 05.12.2019

"Viva Opera" adlı qala konserti keçiriləcək

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında teatrın aparıcı solistlərinin iştirakı ilə "Viva Opera" adlı qala konserti keçiriləcək.

Qaynarinfo xəbər verir ki, qala konsertdə Azərbaycanın Xalq artistisləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, respublikanın Əməkdar artistləri Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, solistlər Nina Makarova, Taleh Yahyayev, həmçinin Teatrın xor kollektivi çıxış edəcək.

Proqramda C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Qala-konsertdə Opera və Balet Teatrının simfonik orkestrini Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev idarə edəcək.