Rusiya Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və və bir qrup millət vəkili iyunun 24-25-də Bakıda səfərdə olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Dumasının mətbuat xidməti məlumat yayıb.
"24-25 iyun səfəri zamanı Vyaçeslav Volodinin rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyətinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Azərbaycan Milli Məclisinin spikeri Oktay Əsədovla bir araya gəlməsi gözlənilir. Görüşlərdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq. Rəsmi səfər Fəxri Xiyabanda Heydər Əliyevin məzarına əkil qoyulması mərasimi ilə başlayacaq", - deyə məlumatda qeyd olunub.
Çingiz Səfərli
Şərhlər