"Yaşar gedərkən səni mənə tapşırmışdı. Mən bu günə kimi ona dəstək olmuşam”- reper Elşad Xosenin şoudan gedərkən Vüsalə Kərimovaya ünvanladığı sözlər gec də olsa cavabsız qalmayıb.
"Qaynarinfo" xəbər verir ki, yenicag.az-a açıqlama verən V. Kərimova məsələyə münasibət bildirib:
"Elşad orda bir söz dedi ki, guya Yaşar məni ona tapşırıb. Yaşar bilər, Elşad bilər, bunun mənə aidiyyatı yoxdur. Mən gedib Elşada deməmişəm ki, Yaşar məni sənə tapşırıb. Xose həmin günü mənə psixoloji təzyiq göstərmək istəyirdi, buna görə də araya belə bir söz atdı. Suda boğulan saman çöpündən yapışdığı kimi Elşad da bu sözdən yapışıb, özünü duruya çıxartmaq istədi. Məni vurmağa çalışdı, amma alınmadı. Heç Yaşardan soruşmayacağam ki, məni ona tapşırmışdın, ya yox. Çünki lazım bilmirəm”.
Aparıcı şouda olduğu müddətdə haqqında artıq-əskik danışanların cavabını tək-tək verəcəyini də bildirib:
"Hələ dəqiqləşdirirəm, görüm kim mənim barəmdə hansı təhqiramiz ifadələr işlədib. Mən özümə hörmət edən xanımam, dəqiqləşdirmədən havaya söz uçurmaram. Amma dəqiqləşdirəndən sonra həmin adamı yerlə-yeksan edəcəm. Kim haqqımda nə danışıbsa, cavabım çox sərt olacaq. O adam dönüb keçmişinə baxsın, dünəni ilə bağlı həqiqətləri açıb-töksəm, ona baha başa gələcək”.
Qeyd edək ki Günel Ələkbərova şounun digər iştirakçısı V. Kərimova haqqında belə deyib:
"Sən kimsən ki?! Oğlun yaşında oğlanla görüşürsən”.
Qaynarinfo.Az
Şərhlər