Xəbər lenti

“Wedding Fashion” müsabiqəsinin qalibləri müəyyənləşdi (FOTOLAR)
Foto 16:05 14.12.2018

“Wedding Fashion” müsabiqəsinin qalibləri müəyyənləşdi (FOTOLAR)

"Mədəniyyətlərin təbliği və xalq yaradıcılığna dəstək” ictimai birliyi və " TİARA” gəlinlik evinin birgə keçirdiyi "Wedding Fashion” müsabiqəsinə artıq 2 aydır start verilmişdi. Nəhayət 10 dekabr 2018-ci il tarixində Bakı şəhərinin ən gözəl otellərindən birind "Pullman” oteldə müsabiqənin final gecəsi keçirilib.

Özünün fərqli sosial aksiyyaları ilə fərqlənən "Tiara” gəlinlik salonu bu müsabiqəyədə də fərqlilik qata bilib. Beləki, Azərbaycanda ilk dəfə "Wedding Fashion” keçirməyi qarşısına məqsəd qoyan "Tiara” gəlinlik salonu müsabiqənin seçim turunu milli konseptdə keçirib. Müsabiqənin fotosessiyaları digər müsabiqələrdən fərqli olaraq milli libaslarda keçirildi. Müsabiqənin seçim turunda tarix boyu günümüzə gəlib çatan xına mərasimi də canlandırılmışdır. Hər fotosessiya zamanı model xanımların əllərinə xına da çəkilib.

20 xanım arasında keçirilən bu müsabiqə  instaqram səhifəsində  səsvermə nəticəsində yalnız 13 xanım seçilərək finala vəsiqə qazana bildilər. Final gecəsi xanm modellər podiumda adi ziyafət ve idman libaslarında deyil, gəlinlik libaslarında cıxış ediblər.

Gecədə daha mir maraqlı məqam da ondan ibarət olub ki, podiumda gəlinlik libaslarından başqa "MeMarelli” moda evinin ziyafət libasları da podiumda numayiş olunub. Bir çox moda müsabiqələrinin, TV aparıcılarının, müğənnilərin müraciət etdiyi Memarelli moda evinin ekskluziv, təkrarolunmaz geyimləri final gecəsinə rəng qatıb.

Final gecəsində  yerli müğənnilərin iştirakı ilə  möhtəşəm şou-proqram da baş tutub. Məhşur Söz ustadı Tərlan Novxanı, Sərhəd Qoşunları Orkestrinin solisti, Səs Azərbaycan layihəsinin ən parlaq iştirakçısı Nərmin Kərimbəyova, Əməkdar Artist Səlim Abbasov, Gənc Müğənnilər Cəmil Dadaşov və Talo (Taleh Qəhrəmanov) Son zamanlar musiqiləri ilə toyların bəzəyinə çevrilmiş " Yallı” qrupu və s. musiqili qonaqlar final gecəsini daha da maraqlı etdilər. 

Bu müsabiqənin münsiflər heyəti də olduqca maraqlı olub. Respublikanın əməkdar artisti Mətanət İsgəndərli, kreativliyi ilə seçilən aparıcı, Lider TV-nin baş prodüseri, "TexnoPark” verlişinin dinamik aparıcısı Zaur Əliyev, Əməkdar artist xoreqrof Tahir Eynullayev, Azərbaycanın ən tanınmış və zövqlu bloggeri Lalə Əhmədova, gənc təşkilatçı və keçirdiyi müsabiqələrlə fərqlənən Aqil İlqaroğlu, "Mədəniyyətlərin təbliği və xalq yaradıcılığna dəstək” ictimai birlyinin sədri model-dizayner Laləndar Novruzova, dünyaca tanınmış modelyer-dizayner Şəlalə Maqsudova, İlin ən aktiv iş xanımı, "Canana&Legend”gözəllik salonunun rəhbərliyi Canana Həmidli, Lider TV, Space TV, DTV kanallarının əməkdaşı, "Express Xəbər” portalının redaktoru, peşəkar jurnalist və yazar Lalə Qəzənfər, "Avon Azərbaycan”ın brend menejeri Lalə Həsənova, "İdor” Parfum-un yaradıcısı gənc iş adamı Uğur Kaya, "Farrukh” media və DTV-nin rəhbərliyi Əli Hüseynov, Big Group-un rəhbəri Emil Əkbərov, müğənni Nərmin Kərimbəyova, Shop.az saytının satış meneceri Ellada Poladova  da juri heyyətinin tərkibində yer alıb.

Bu  layihənin sponsorları da maraqlı idi. Belə ki, Baş sponsor – " Shade” Lounge and Terrace- dir ki, Final günün səhəri 11 dekabr "Wedding Fashion” yarışmasının " After Party”si məhz bu məkanda keçirilib. Yarşıma və media işçiləri və  müğənnilərin iştirakı ilə keçirilən bu " After Party” yaddaşlarda hələ çox qalacaq. 

"Sushi Azərbaycan” –müsabiqənin ilk sponsorudur. Özünün fərqli və keyfiyyətli xidməti ilə seçilən "Sushi Azərbaycan”dır.

"Avon Azərbaycan” - bir dünya  brendi olaraq, artıq Azərbaycanda rəsmi fəaliyyətinə start verib. Beləki, ilk dəfə olaraq məhz  "Wedding Fashion Tiara” layihəsinə sponsorluq edən keyfiyyəti ilə fərqlənən  "Avon Azərbaycan” final  iştirakçıları və Juri heyyətini hədiyyə ilə təltif ediliblər.

Növbəti sponsor isə məişət texnikasının Azərbaycanda ən keyfiyyətli nümayəndəsi " Bompani Azərbaycan”dır. Bir İtaliya brendi olan bu məhsullar bu günə qədər alıcıların rəğbətini qazanmış və öz sahəsində xidmətində fərqləyində görə yerini daha da möhkəmlədlər.

Partynor olaraq öz dəstəyini əsirgəməyən " Canana&Legend” gözəllik salonu da müsabiqənin əsas aparıcı qüvvələrindən biridir. Model xanımların bəzədilməsində onların zövq işlərində dəstək olan bu salonun əziyyəti əvəzolunmazdır. Müştərilərin razılığı, keyfiyyətli xidməti, bacarıqlı ustaları və səmimi rəhbərliyi ilə fərqlənən bu gözəllik məkani "Tiara” gəlinlik salonunun necə düzgün seçim etdiyinin bir bariz nümunəsidir. 

Final gecəsini layiqincə aparacan gözəl və bacarıqlı xanım isə Lamiyə Əliyeva olub.

"Wedding Fashion” müsabiqəsinin final gecəsində finala çıxan qızların hər biri müxtəlif titullarla təltif olunub. 

Final gecəsinin qaliblərinin siyahısı.

Wedding Fashion  Miss Catwalk- Şəbnəm İsmayılzadə
Wedding Fashion  Miss TopModel- Sevər Cahangirova
Wedding Fashion  Miss Baku- Əlvanə Səfərova
Wedding Fashion  Miss Sharm-Türkan Dadaşova
Wedding Fashion  Miss Smile- Fatima Uğur
Wedding Fashion  Miss PhotoModel-Kamilə Balayeva
Wedding Fashion  Miss Glamour-Aytən Əsgərova
Wedding Fashion  Miss BestModel- Ayşən Şirəliyeva
Wedding Fashion  Miss Beauty- Şəhla Qəribova
Wedding Fashion  Miss Fashion-Lələ Əlipənahova
Wedding Fashion  Miss Shape-Səbinə Məmmədova
Wedding Fashion  Miss Elegant- Turanxanım Qafarova
Wedding Fashion  Miss Supermodel-Nazlı Həsənzadə

Wedding Fashion -1 ci yer- Nazlı Həsənzadə
Wedding Fashion -2 ci yer- Sevər Cahangirova
Wedding Fashion -3 cü yer- Əlvanə Səfərova

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->