"WhatsApp" fevralın 1-dən bu telefonlarda işləməyəcək

"Windows Phone" ilə vidalaşdıqdan sonra "WhatsApp" messenceri bu əməliyyat sistemlərinin köhnə versiyaları ilə yanaşı "iOS 7" və "Android 2.3.7" ilə işləyən mobil cihazlara dəstəyi dayandıracaq.

Qaynarinfo xəbər verir ki, dəyişikliklər 1 fevral 2020-ci ildən qüvvəyə minəcək.
 
Qeyd edək ki, bəlli tarixdən "WhatsApp" tətbiqində köhnə mesajlara baxmaq da mümkün olmayacaq.

Şirkət izah edib ki, bu məhdudiyyətlər tətbiq imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır.
XƏBƏRLƏR
BLOGLAR