WTI markalı neftin qiyməti cümə günü axşam 5 faizdən çox artıb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, bu, hərracların nəticəsində məlum olub.
Bakı vaxtı ilə 23.18-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının avqust fyuçersləri bir barel üçün 3,23 faiz bahalaşaraq 75,41 dollara çatıb. WTI markalı yüngül neftin avqust fyuçerslərinin dəyəri isə bir barelə görə 5,07 faiz bahalaşaraq 68,86 dollar təşkil edib.
Şərhlər