Dünya 18:58 13.08.2020

Xabarovsk etirazçıları 34-cü dəfə küçələrə axışdı

Xabarovskda növbəti, sayca 34-cü etiraz aksiyası keçirilib.

Qaynarinfo xəbər verir ki, onlayn yayımlardan da göründüyü kimi, şəhər sakinləri yenidən regional hökumət binasının qarşısındakı meydanda olub, sonra şəhərin mərkəzi küçələri boyunca etiraz yürüşünə başlayıblar.

Bu ərəfədə polis 65 yaşlı Lüdmila Karateyeva adlı nümayişçini saxlayıb. Üstəlik, bu, qadın artıq nümayişdən ayrılıb avtobusa minəndə baş verib.

DVHAB.ru qeyd edir ki, bundan əvvəl pensiyaçı qadın qubernator vəzifəsini icra edən Mixail Degtyarevin hərəkətlərini və tele-aparıcı Vladimir Solovyovun sözlərini sərt şəkildə tənqid edib.

Nəticədə polislər ondan izahat məktubu alıb və polis sahə müvəkkili ilə söhbət üçün çağırış vərəqəsi verib.
 
Alpər