"Yeni Müsavat" qəzetinin köşə yazarı Xalid Kazımlının yeni kitabı çap olunub.
"Mexico ochenta u seis" adlanan kitabda müəllifin həm Xalid Kazımlı, həm də "Samir Sarı" imzası ilə yazdığı hekayələr toplanıb.
Kitab barədə danışan əməkdaşımız musavat.com-a bildirib ki, "Qanun" nəşriyyatı tərəfindən huraxılan kitab həm nəfis, həm də unikal tərtibatlıdır: "Əslində bu iki kitabdır. Yumoristik hekayələr ayrıca, həyati və duyğusal hekayələr isə ayrıca verilib. Düşünürəm ki, bu cür daha maraqlı olacaq. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu iki ayrı kitabın buraxılmasını daha doğru hesab edirdi. Ancaq dedim ki, qoy oxuculara maddi baxımdan yük olmasın".
Kitabın adına gəlincə, müəllif deyir ki, bu, onun hekayələrindən birinin adıdıdır. Hekayədə söhbət "Mexiko-86" mundialında başlayan bir hadisədən, iki universitet qurtararaq, əvvəlcə ispan dili, sonra rus dili müəllimi olan, axırda kərpickəsən qocaya çevrilməsindən gedir.
musavat.com
Şərhlər